Azərbaycan Milli Hökuməti (1945-1946)

Himni Azərbaycan Milli Hökuməti

(Azərbaycanca 阿塞拜疆文 Azerbaijani)

Ey vətənim Azərbaycan
Odlar yurdundan bir nişan
Sən böyütdün qəhrəmanlar
Adli şanli keçmişin var
Qoca şərqin çırağısan
Azadlığın bayrağısan
Sən qurduğun təzə həyat
Xalqımıza verdi nicat
Sənsən bizə ana vətən
Sənsən bizə nemət verən
Sənsən bizə ruhi-rəvan
Yaşa Yaşa Azərbaycan

Bundan sonra Azərbaycan
Bir rovzeyi-rizvan olar
Çiçəklənər təzə həyat
Köhnə dünya viran olar
Yaği əgər qoysa gədəm
Bağrı bütün al qan olar
Sən qurduğun milli dövlət
Xalqımıza verdi Şövkət
Sənsən bizə ana vətən
Sənsən bizə nemət verən
Yaşa Yaşa Azərbaycan

Əl uzatdı yadlar sənə
Pozmaq üçün qüdrətini
Qalxdı bizim öz xalqımız
Hifz eylıdi izzətini
Qurdu milli dövlətinii
Nişan verdin şövkətini
Arzu edər ellərimiz
Dünya tutsun qüdrətini
Sənsən bizə ana vətən
Sənsən bizə nemət verən
Sənsən bizə ruhi-rəvan
Yaşa Yaşa Azərbaycan

Azərbaycan, Azərbaycan!
Aslanların məkanısan!
Sən qurduğun yeni həyat,
Xalqımıza verdi nicat!
Gözəl günlər gətiribsən,
Səttarxanlar yetiribsən,
Qoyyurdumuz cənnət olsun,
Düşmən bağrı qanla dolsun!
Sənsən bizə Ana Vətən!
Sənsən bizə şöhrət verən!
Sənsən bizə ruhi rəvan!
Yaşa, yaşa Azərbaycan!